Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul rəhbər şəxsləri ilə birgə, Tap Qaraqoyunlu kəndində Şəhid ailələri və ağsaqqallarla görüşüb.
İcra hakimiyyətindən Modern.az-a bildirilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin komandanlığı altında, Müzəffər Azərbaycan Ordusunun 44 günlük Şanlı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərinə başlanıldığını, o cümlədən yeni yol infrastrukturunun qurulduğunu vurğulayan İcra Başçısı bu çərçivədə Tap Qaqaqoyunlu-Barambat yolunun da tikinti işlərinin aparıldığını bildirib.
İcra Başçısı Məhərrəm Quliyev aparılan yol çəkilişi işləri ilə yerində tanış olub, işləri icra edən podratçı təşkilatın nümayəndələri ilə görüşüb, müzakirələr aparılıb.