Modern.az

Məzahir Pənahov yenidən MSK sədri postuna namizəd oldu  - YENİLƏNİB

Məzahir Pənahov yenidən MSK sədri postuna namizəd oldu  - YENİLƏNİB

27 Aprel 2021, 12:15

Mərkəzi Seçki Komissiyasının(MSK) sədri səlahiyyətlərini icra edən Məzahir Pənahov Milli Məclisdə qurumun yeni tərkibinin formalaşdırılması barədə məsələdən danışıb.

 
Modern.az-ın xəbərinə görə, M. Pənahov parlamentdəki çıxışında bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, seçkilərlə bağlı böyük nailiyyətlər əldə edib: 

 

“Bu nailiyyətlər dayanıqlı siyasi stabilliklə bağlıdır. Demokratik, şəffaf seçkilərin keçirilməsi üçün hüquqi baza yaradılıb. Bu faktorlar ölkə başçısının özünün təşəbbüsüylə icra strukturları tərəfindən həyata keçirilir. Biz məsuliyyətimizi həmişə olduğu kimi, yaxşı başa düşürük. Seçki Məcəlləsinin tələbinə əsasən, MSK öz fəaliyyətini qanunvericiliyin tələbi əsasında həyata keçirir”.

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəzinə Məzahir Pənahovun namizədliyini təsdiq edib.

Məzahir Pənahov Milli Məclisdə hakim partiya olan Yeni Azərbaycan Partiyasından namizəd göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir