Modern.az

Bayramovdan Lavrova xatırlatma: “Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulub”

Bayramovdan Lavrova xatırlatma: “Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulub”

Aktual

11 May 2021, 14:00

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanın nasizmi müdafiə etməsindən danışıb.

 

Modern.az xəbər verir ki,  C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulduğunu xatırladıb.

 

C.Bayramov bildirib ki, dinc əhaliyə qarşı terror törədən Monte Melkonyan Ermənistanda milli qəhrəman elan edilib.

 

C.Bayramov bir neçə gün öncə Ermənistanda Mahatma Qandinin heykəlinə qarşı hücumlar olduğunu da diqqətə çatdırıb və bunu nasizm kimi dəyərləndirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?