Modern.az

NATO Ukraynaya dəstək verdi

NATO Ukraynaya dəstək verdi

Dünya

12 İyun 2021, 00:41

NATO baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı zamanı Ukraynanın ətrafındakı təhlükəsizlik vəziyyəti və Rusiyanın bölgədəki hərbi gücünün artırılması müzakirə edilib.

 

Modern.az xəbər verir ki, Stoltenberq bu barədə tvitter hesabında yazıb.

 

O, NATO-nun Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini, dəstəkləməyə davam edəcəklərini bildirib.

 

Stoltenberq Ukraynadakı islahatların NATO tərəfindən dəstəklənəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?