Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iyulun 9-10-u tarixlərində işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər.
Modern.az xatırladır ki, 100-ə qədər xarici diplomat arasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransanın səfirlərinin olmaması narazılıq doğurmuşdu.
Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosuna müsahibəsində səfirlərin Şuşaya getməkdən imtina etməsinin səbəbini açıqlayıb.
“Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur” - diplomat müsahibəsində deyib.