Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxma sayı 14 mini keçib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 837 nəfər test edilib, onların 14 min 230-nun koronavirus testi pozitiv nəticə verib, 5383 nəfər sağalıb, 55 nəfər virusdan ölüb.
Qeyd edək ki, son bir həftədir Türkiyədə koronavirusa yoluxmada hər gün artım müşahidə olunur.