Modern.az

Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi

Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi

Dünya

27 İyul 2021, 12:29

Bir neçə gün öncə, Ermənistanda hakim elitanın nümayəndəsinin dəbdəbəli toyu keçirildi.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasından parlamentə üzv seçilmiş Ayk Sarkisyanın toyunda iqtidar nümayəndələri, o cümlədən baş nazir Nikol Paşinyan və ailə üzvləri qatılıb.

“Qraparak” qəzetinin iddialarına görə, “Prime Hall” restoran kompleksində keçirilən toy mərasiminə dövlət məmurları ilə yanaşı, kriminal aləmin simaları da qatılıb. Belə ki, Nikol Paşinyan və ailəsi kriminal aləmdə tanınan Çax Rüstəm və s. avtoritetlərlə bir stolda əyləşib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!