Modern.az

Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO

Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO

Aktual

28 İyul 2021, 10:46

Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.

 

BNA-nın mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir.

 

Qeyd edək ki, 2019-2021-ci illər ərzində Heydər Əliyev prospekti “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!