Modern.az

Marmarisdəki yanğını uşaqlar törədibmiş

Marmarisdəki yanğını uşaqlar törədibmiş

31 İyul 2021, 10:20

Muğla vilayətinin Marmaris bölgəsində iki yeniyetmə yanğın səbəbilə nəzarətə götürülüb.

 

Modern.az xəbər verir ki, on yaşı olan hər iki uşaq ifadə verən zaman yandırdıqları kitabın yanğına səbəb olduğunu deyib.

 

Onlar yanğını söndürməyə çalışsalar da, alovun artdığını, buna görə qorxaraq ərazidən uzaqlaşdıqlarını bildiriblər.

 

Qeyd edək ki, bölgədə yanğın dünən günorta saatlarında başlayıb və hələ də davam edir. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!