Modern.az

Özbəkistan prezidenti olmaq üçün 5 namizəd mübarizə aparacaq

Özbəkistan prezidenti olmaq üçün 5 namizəd mübarizə aparacaq

Dünya

14 Sentyabr 2021, 12:30

Özbəkistanda 24 oktyabrda keçiriləcək prezident seçkilərinə namizədlərin qeydə alınması başa çatıb.

 

Modern.az xəbər verir ki, prezidentliyə namizədləri yalnız partiyalar irəli sürə bilərdi.

 

Ölkədə rəsmi qeydiyyata alınmış 5 partiya olduğu üçün namizədlərin sayı da 5 nəfərdir.

 

Dövlət başçısı postuna namizədlər hazırkı Prezident, Liberal-Demokrat Partiyasının namizədi Şövkət Mirziyoyev, Ekologiya Partiyasından Narzullo Oblomuradov, Xalq-Demokratik Partiyasından sədr müavini Maqsud Varisov, “Ədalət” Partiyasından Bahrom Abdulhalimov və “Milli Dirçəliş” Partiyasından Əlişir Kadırovdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir