Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə nazir Twitter hesabında bildirib.
O qeyd edib ki, görüş əməkdaşlıq istiqamətlərinin faydalı müzakirəsi şəraitində keçib: “Vətəndaş cəmiyyəti institutlarının nazirliyin işində yaxından iştirakı, qərarların qəbulunda ictimai rəyin nəzərə alınması, aşkarlıq və şəffaflıq prinsipləri tərəfdaşlığımızın əsasını təşkil edəcək”.