Modern.az

Yaponiyada ayinlər festivalı yenidən küçələrə qayıtdı

Yaponiyada ayinlər festivalı yenidən küçələrə qayıtdı

Dünya

19 Sentyabr 2021, 10:34

Yaponiyanın qərbində yerləşən Osaka prefekturasının Kişivada şəhərində qədim ənənəvi “Danciri” festivalının əsas ayini yenidən küçələrə dönüb.

 

Modern.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, koronavirus pandemiyasına görə təxirə salınan festival bir illik fasilədən sonra ilk dəfə təşkil edilib. Bildirilir ki, “Danciri” festivalı Kişivada şəhərində 300 il əvvəl, Edo dövründə keçirilməyə başlanıb.

 

Festival zamanı yerli sakinlər bol məhsul toplamaq üçün dualar edirlər. Bayramın “Yarimavaşi” adlanan əsas adətlərindən biri təqribən hərəsi 4 ton ağırlığında olan arabaların – “Danciri-quruma”ların şəhər küçələri boyunca gəzdirilməsidir.

 

Koronavirus pandemiyasına görə ötən il “Yarimavaşi” ayininin icrası qadağan edilib. Cari ildə isə festival təşkilatçıları onun iki gün – şənbə və bazar günləri təşkilinə qərar veriblər.

 

Bununla yanaşı, şəhərin hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün təşkilatçıları ciddi tədbirlər görməyə çağırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir