İsraildə son sutkada daha 7445 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İsraildə koronavirusa yoluxanların sayı 1 221 713 nəfərə çatıb.
Sutka ərzində koronavirusa yoluxan 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 7 511 nəfər təşkil edir.
Hazırda ölkədə aktiv xəstələrin sayı 83 809 nəfərdir.
Akif İsmayılov