Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 217 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 132 nəfərdən test götürülüb, onların 27 844-nün testi pozitiv nəticə verib, 21 267 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 85.69%-nə bir doza, 69,28 %-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov