Modern.az

DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq

DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq

Aktual

1 Dekabr 2021, 19:30

“Bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

O qeyd edib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

 

Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Tofiq Yaqublunun döyülməsi ilə bağlı foto yayılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir