Modern.az

Könül Mehtiyeva Avropa çempionatına təyinat aldı

Könül Mehtiyeva Avropa çempionatına təyinat aldı

Aktual

1 May 2024, 17:56

AFFA-nın vitse-prezidenti və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, iyunun 17-dən iyulun 1-nə kimi “Avro-2024”ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq.

 

K.Mehtiyeva qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə - Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək. Bununla da ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirdə iş başında olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək