Milli Məclisin deputatı Fazil Mustafa Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən danışıb.
Modern.az xəbər verir ki, deputatün sözlərinə görə, DTX-nin aktiv fəaliyyəti Vətən müharibəsində də diqqət çəkib:
"Əvvəllər DTX sahibkarları incidən və digər mənfi əməllərlə yadda qalıb. Bu baxımdan hazırda bu qurumun fəaliyyəti təqdir olunmalıdır”.
Fazil Mustafa kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti sayəsində çalışan insanların maaşlarının artırilmasi, mənzil-məişət məsələlərinin həlli üçün büdcədən daha çox vəsait ayrilmali olduğunu deyib:
“Bu 5 faiz məsələləri ilə onları gündəmə gətirməyək”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, 5 faiz məhz büdcədən ayrılır, həmin qurumların əməkdaşların sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə o qurumların xəzinə hesabına köçürülür.