Modern.az

Azərbaycanlı deputat parlamenti boykot etdi

Azərbaycanlı deputat parlamenti boykot etdi

Aktual

20 Dekabr 2012, 12:59

Gürcüstanın Vahid Milli Hərəkat Partiyası dünəndən etibarən parlamentin iclasını boykot edib. Bu barədə Modern.az –a parlamentin  azərbaycanlı üzvü, deputat Azər Süleymanov bildirib. Bidzina İvanişvilinn hakimiyyətə gəlməsindən sonra Saakaşvili rejiminə qarşı amansız təzyiqlərin aparıldığını bildirən millət vəkili bundan sonra iclaslara qatılmayacaqlarınıı vurğulayıb.

“Dünəndən etibarən biz Gürcüstan parlamentindəki fəaliyyətimizi dayandırdıq. Yeni hakimiyyətin müxalifətə qarşı təzyiqlərinə etiraz olaraq biz bu addımı atdıq. Müvəqqəti olaraq parlamentin iclaslarından iştirak etməyəcəm”, - deyə deputat bildirib.

Yeni rejimin inqilab yolu ilə hakimiyyətə gəlmədiyini xatırladan A.Süleymanov Bidzina rejimini demokratik olmağa çağırıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir