Modern.az

“Bir cənub şəhərində” filmi yenidən bərpa olunub

“Bir cənub şəhərində” filmi yenidən bərpa olunub

24 Yanvar 2022, 13:05

"Azərbaycanfilm” kinostudiyasının 1969-cu ildə istehsal ediyi “Bir cənub şəhərində” filmi yenidən bərpa olunub.

 

Azərbaycan Kinematoqrafçılar İttifaqından Modern.az-a verilən xəbərə görə, filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa studiyası tərəfindən həyata keçirilib.

 

“Bir cənub şəhərində” yenilənmiş versiyasına 27 yanvar, saat 19.00-da “Nizami” kinoteatrında baxış təşkil ediləcək.

 

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin quruluş verdiyi  filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.

 

Qeyd edək ki,  “Balans” Milli Rəqəmsal Bərpa studiyası bundan öncə də Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seytidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi filmlərini də bərpa etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var