Modern.az

Bu il də magistratura imtahanları iki dəfə olacaq

Bu il də magistratura imtahanları iki dəfə olacaq

25 Yanvar 2022, 16:45

“Biz planlaşdırmışıq ki, bu il magistratura imtahanları iki dəfə keçirilsin. Amma hələ dəqiq bilinmir”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nərminə Bayramova bildirib.

 

Onun sözlərinə görə, vətəndaşların birinci magistratura imtahanında iştirakı məqsədəuyğundur:

 

“Pandemiya başlayandan magistratura imtahanları iki mərhələdə aparılır. Bu il də belə nəzərdə tutulub. Amma hələ ki, dəqiq qərar verilməyib. Qrafiki açıqlayanda da deyirik ki, bu yalnız proqnoz əsasında edilir. Ona görə vətəndaşlar birinci müsabiqədə də iştirak etsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti