Modern.az

Sumqayıtda Qadın Resurs Mərkəzi açıldı

Sumqayıtda Qadın Resurs Mərkəzi açıldı

Aktual

28 Yanvar 2022, 13:12

Sumqayıtda Qadın Resurs Mərkəzinin açılış mərasimi olub.

 

Modern.az bildirir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Hicran Hüseynova, USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqx və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin müavini Çaru Bista, həmçinin layihə əməkdaşları iştirak edib.

 

B.Muradova Mərkəzin qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcəyini bildirib:

 

"Mərkəz həmçinin gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək. Qadın resurs mərkəzləri qadınların iqtisadi imkanlardan yararlanması, sahibkarlıq fəaliyyətinə yönəlməsi və özünüinkişafa böyük töhfə verir. Biz qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik. Qadın Resurs Mərkəzində hər kəs mərkəzin fəaliyyəti istiqamətində təkliflərlə müraciət edə bilər".

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mərkəzin yaradılmasında bir neçə yerli və beynəlxaq təşkilat iştirak etdiyini və səmərəli fəaliyyəti üçün əlindən gələni etməyə çalışacağını bildirib.

 

USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə, təşkilat Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verəcək.

 

BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist qeyd edib ki, qadınlara və qızlara sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirəcəyini vurğulayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var