Modern.az

“ASAN xidmət”ə 50 milyonuncu müraciət - FOTO

“ASAN xidmət”ə 50 milyonuncu müraciət - FOTO

Aktual

8 Fevral 2022, 12:58

“ASAN xidmət”ə 50 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

 

Xidmətdən Modern.az-a verilən xəbərə görə, bu müraciət 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə Turan Haşımov tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

 

Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak edib. Turan Haşımova hədiyyə və təşəkkürnamə təqdim olunub.

 

Turandan onun maraq dairəsi ilə bağlı soruşulub və idmana, xüsusilə futbola olan istəyi nəzərə alınaraq “ASAN xidmət” tərəfindən "Qarabağ" futbol klubunun üzvləri də tədbirə dəvət ediliblər. Baş məşqçi Qurban Qurbanov və komandanın üzvləri tərəfindən 50 milyonuncu müraciətin sahibi kimi Turana klubun forması və top hədiyyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ