Modern.az

Özünü qatar yoluna atan qadının kimliyi MƏLUM OLDU

Özünü qatar yoluna atan qadının kimliyi MƏLUM OLDU

Hadisə

9 Fevral 2022, 09:42

Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.

 

Modern.az-ın məlumatına görə, həmin şəxs Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızıdır.

 

Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Briqadasının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Xatırladaq ki, hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Dünən axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın özünü qatar yoluna atıb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti təmin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir