Modern.az

“Videoların həqiqiliyinə dair əlimizdə sənədlər var” - AÇIQLAMA

“Videoların həqiqiliyinə dair əlimizdə sənədlər var” - AÇIQLAMA

Təhsil

21 Fevral 2013, 13:30

Fəaliyyəti dayandırılmış Azərbaycan Beylənxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin sözcüsü bloqqer Elnur Məcidli polkovnik Rasim İldırımzadənin mətbuata verdiyi açıqlamaya cavab verib.

Modern.az-ın məlumatına görə, E.Məcidli Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, polkovnik Rasim İldırımzadənin Elşad Abdullayevin dünən yayımladığı videogörüntülərin montaj olması ilə bağlı dedikərinin əsassız olduğunu bildirib.

E.Məcidli həmçinin qeyd edib ki, yayımlanan videoların həqiqiliyinə dair əllərində ekspertiza sənədləri var.

“Bu günə kimi kimin videosunu qoymuşuqsa ilk reaksiyası bənzər olub. O dəqiqə deyirlər ki, montajdır. Yayımladığımız videoların həqiqiliyinə dair əlimizdə rəsmi ekspertiza sənədləri var. Yaxşısı budur ki, Rasim İldırımzadə 2004-cü ildə dediklərinin arxasında durma cəsarəti göstərsin. Bu adam dediklərinə görə cinayət məsuliyyətinə cəlb edilməlidi, dediyi sözlərin hesabını verməlidi. Bu videoların olması bu cür inkarçı və öz sözündən qaçanlara qarşı bizim əlimizi gücləndirir. Bu videolar Mahir Abdullayevin oğurluq cinayətini açmağa kömək edən hüquqi sənəddir”-deyə E.Məclidli bildirib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?