Modern.az

Emin Əmrullayev Masallıda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Masallıda vətəndaşları qəbul edəcək

29 Aprel 2024, 15:24

Elm və təhsil naziri Emin Əmrullayev mayın 17-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən rayonların sakinləri mayın 10-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi