Modern.az

DİN-dən Bakıdakı atışma ilə bağlı rəsmi AÇIQLAMA

DİN-dən Bakıdakı atışma ilə bağlı rəsmi AÇIQLAMA

Təhsil

4 Mart 2013, 14:11

Daxili İşlər Nazirliyi Bakının Türkan qəsəbəsində baş verən atışma ilə bağlə rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 2-də saat 15.30 radələrində Xəzər rayonu Türkan qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Cabbar İbrahimov, Xəlifəli Rəhimov, Mirxalid Rəhimov və qəsəbə sakinləri Elman Zeynalov, onun qardaşları Taleh və Bəhruz arasında baş vermiş münaqişə zamanı C.İbrahimov ov tüfəngindən atəş açaraq E.Zeynalovu və Talehi qətlə yetirmiş, Bəhruzu isə yaralanıb.
Bəhruz xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə tədbirlərlə C.İbrahimov, X.Rəhimov və M.Rəhimov tutulub, hadisə yerindən "İJ" markalı ov tüfəngi və 6 ədəd boş ptron gilizi və 2 ədəd patron götürülübdür. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı