Modern.az

Kseniya Sobçaka qarşı cinayət işi açılacaq

Kseniya Sobçaka qarşı cinayət işi açılacaq

Aktual

3 Oktyabr 2022, 11:48

Jurnalist Kseniya Sobçaka qarşı cinayət işi açıla bilər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiya Təhqiqat Komitəsinə jurnalistin dövlət hakimiyyəti haqqında yalan məlumatlar yayması barədə materiallar daxil olub.

 

Hüquq mühafizə orqanlarından bildiriblər ki, söhbət festivalların dövlət tərəfindən maliyyələşdirməsi barədə yalan xəbərlərdən gedir. Belə ki, rejissor Vitali Manskoy Kseniya Sobçakın yutub kanalında yayılmış müsahibəsində Moskva Beynəlxalq Kinofestivalına ayrılan büdcənin guya 85 faizinin oğurlandığını demişdi. Bundan sonra rejissora qarşı cinayət işi qaldırılmışdı.

 

Rusiya İstintaq Komitəsi bir ay ərzində Kseniya Sobçaka qarşı cinayət işinin açılıb-açılmaması barədə qərar qəbul edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü