İran inqilabı lideri Ayətullah Seyid Əli Xameneyi ABŞ-dakı terror barədə danışıb.
Modern.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Seyid Əli Xameneyi deyib: ”İran İslam Respublikası, İslam prisniplərinə əsaslanaraq, Bostonda, Pakistanda, Əfqanıstanda, harda baş verməsindən asılı olmayaraq, günahsız insanların ölümünə səbəb olan bu cür hadisələri pisləyir”.
Xameneyi sözlərinə əlavə edib: “ABŞ və digər insan hüquqları vəkilləri Əfqanıstan, Pakistan, İraq və Suriyadakı qırğınlara səssiz qalırlar. Ancaq elə ki ABŞ-da bir neçə partlayış oldu, səs-küy salırlar”.
Peykər İbrahimova