Modern.az

Avropa Yayımları Birliyi “Eurovision”- da məşqlərə ayrılan vaxtların azaldılması qərarını verdi

Avropa Yayımları Birliyi “Eurovision”- da məşqlərə ayrılan vaxtların azaldılması qərarını verdi

Aktual

13 May 2013, 11:04

Modern.az xəbər verir ki, mayın 12-də "Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar keçirilən konfransda müsabiqənin  icraedici rəhbəri Yan Ola Sand, müsabiqənin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker, icraedici prodüser Martin Osterdahl, şou prodüseri Krister Byorkman və başqaları iştirak ediblər.

Yan Ola Sand İsveçin “Eurovision” mahnı müsabiqəsinə bir neçə dəfə ev sahibliyi etdiyini və bu mötəbər yarışmada bu il 39 ölkənin təmsil olunduğunu bildirib.

Qeyd olunub ki, bu il səsəvermədə edilən dəyişiklikləri  İsveçin rəsmi yayım hüququ olan “SVT” telekanalı deyil, “Eurovision” mahnı müsabiqəsinin işçi qrupu həyata keçirib. 

Gələcəkdə müsabiqə üçün daha faydalı olacağı  nəzərə alınaraq müxtəlif ölkələrdən olan nümayəndəliklərin müraciətinə əsasən məşqlərə ayrılan vaxtların azaldılması qərara alınıb.

Bildirilib ki, EBU istənilən ölkənin yarışmaya ev sahibliyi etməsini dəstəkləyir: "Ölkənin zəngin mədəniyyəti varsa, bunun dünyaya çatdırılmasında biz əlimizdən gələni etməyə hazırıq". 

 

  Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!