Modern.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin birgə təşkilatçılığı ilə “Altun Saray” restoranında mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” adlı bayram tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini Nərimanov rayonunda geniş şəkildə qeyd etmək, xatirəsini yad etmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.Tədbirin sonunda incəsənət xadimləri musiqi proqramı ilə tədbirə rəngarənglik qatıblar.