"Anam hələ Bakıya qayıtmayıb. Onun nə zaman qayıdacağını bilmirik. Amma hamımız həyəcanla anamın yolunu gözləyirik”. Bu fikirləri Modern.az-a İranda həbsdən azad olunan AMEA-nın elmi işçisi Xalidə Xalidin qızı Ləman Məmmədli bildirib.
X.Xalid azad olunsa da evə zəng vurmadığını deyən, qızı anasının yolunu gözlədiklərini deyib:“Yox, hələ anam gəlməyib. Təəssüf ki, indiyədək bir dəfə də olsun evə zəng vurmayıb, səsini eşitməmişik. Amma yolunu səbirsizliklə gözləyirik. Rəsmi qurumlarla da danışırıq, onlarda dəqiq heç nə demirlər”-deyə L.Məmmədli vurğulayıb.
Qeyd edək ki, milli məclisin deputatı Cavanşir Paşazadə mətbuata açıqlamasında Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun Azərbaycanın Təbrizdəki konsulluğunda saxlanıldığını bildirib.
Xatırladaq ki, AMEA-nın əməkdaşını və sürücüsünü aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlamışdı. İran tərəfi onun casusluqda ittiham olunduğunu bildirmişdi.
Anar RÜSTƏMOV