Modern.az

Ruslar Ukraynanın daha bir şəhərinə daxil oldu

Ruslar Ukraynanın daha bir şəhərinə daxil oldu

26 Yanvar 2023, 09:40

Rusiya qoşunları Donetsk ətrafında yerləşən Uqledar şəhərinə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib. 

 

Onun sözlərinə görə, hazırda şəhərin kənarında döyüşlər gedir. 

 

"Əks-hücuma keçməyə çalışan düşmənə qarşı Rusiya artilleriyası istifadə olunur", - Kimakovski deyib.

 

Rusiyanın işğal etdiyi Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi isə qeyd edib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir