Modern.az

Türkiyəyə növbəti dəstək Moskva azərbaycanlılarından GƏLDİ

Türkiyəyə növbəti dəstək Moskva azərbaycanlılarından GƏLDİ

8 Fevral 2023, 14:05

"Bu günlərdə doğma Türkiyəmizin bir sıra şəhər və kəndlərində baş verən, iri miqyası və böyük dağıdıcı qüvvəsi olan zəlzələnin bizə yaşatdığı hissləri sözlə təsvir etmək belə çətindir. Zəlzələ bölgəsindən anbaan izlədiyimiz görüntülərdən və birbaşa əlaqələrimizdən aldığımız məlumatlar bizi, Moskva azərbaycanlılarını, dərin kədərə boğur, böyük faciənin iniltili ağrılarını yaşadır, həlak olmuş, müxtəlif xəsarətlər almış, doğmalarını, yaxınlarını, ev-eşiyini itirmiş insanların ürək parçalayan acıları matəmə qərq edir".

 

Bunu Modern.az-a açıqlamasında Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov bildirib. 

 

Sədr bildirib ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bu dərəcədə səmimiyyətlə bağlı olan digər iki dövlət yoxdur:

 

"Vaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkələrimiz və xalqlarımız arasındakı eyni tarixi-mədəni köklərə arxalanan çox sıx münasibətləri nəzərə almaqla ifadə etdiyi “Bir millət – iki dövlət” prinsipi qəlblərimizin bir-birinə olan bağlılığını hər zaman əks etdirib. Qardaş Türkiyənin dəstəyini Azərbaycan 44-günlük Vətən müharibəsində də hiss edib və tarixi Şanlı Qələbəmizdə Türkiyəmizin xüsusi rolu və yeri var. Müsair siyasi arenada Türkiyə və Azərbaycan qədər bir-birinə bu dərəcədə səmimiyyətlə bağlı olan digər iki dövlət mövcud deyil. Bu isə bizim ümumi nailiyyətimizdir.

 

Tam təbiidir ki, biz bu dəhşətli faciənin ağrı-acısını sizin hər birinizlə birgə yaşayırıq. Dərhal sizin yardımınıza gələn milyonlarla soydaşınız kimi bu günlərdə yanınızda olmağımızı, dərdinizə şərik olub əlimizdən gələn yardımı etməyimizi özümüzə borc bilirik. Bu məqsədlə bir sıra konkret addımlar artıq atılıb və humanitar yardımın davam etdirilməsi ilə bağlı təşəbbüslər həyata keçirilməkdədir.

 

Bütün həlak olan qardaş və bacılarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik. Əminik ki, ruhu güclü, tarixi şanlı və inamı sarsılmaz olan böyük və əzmkar Türk milləti bütün çətinliklərdən başı uca çıxacaq, fəlakətin baş verdiyi bölgələrdə tez bir zamanda gözəlliyi könül oxşadan yenilənmiş şəhər və qəsəbələr salacaq, adına layiq şöhrəti ilə dünyada parlamağa davam edəcək. Sevinciniz sevincimiz, matəminiz matəmimizdir! Başın sağ olsun, Türkiyəm!".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!