Azərbaycan tərəfi Rusiya ilə SSRİ-i tərkibinə hansı ərazilərlə qatıldığını müzakirə etməldir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deputat Hikmət Babaoğlu bildirib.
“Azərbaycan 1920-ci ildə SSRİ-nin tərkibinə necə qatılmışdısa, bununla bağlı Rusiya qarşısında iddia qaldırmalıdır. Rusiya özünü SSRİ-nin davamçısı adlandırır. O zaman biz davamçı olaraq Rusiya ilə əraziləri müzakirə etməliyik”, - deyə parlamentari təkliflə çıxış edib.