Modern.az

“Oğluma toy qismət olmadı” – Şəhid anası

“Oğluma toy qismət olmadı” – Şəhid anası

Aktual

6 Mart 2023, 12:02

"Evə yeni köçmüşük. Binada kiminsə toyu olmuşdu. Oğluma dedim ki, bəs sənin toyun nə vaxt olacaq? Qismət olmadı".

 

Modern.az xəbər verir ki, bunu ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva deyib.

 

"Vətən məni yetişdirib, bu yerlərə yolladı, şeiri ilə birinci sinfə qəbul olmuşdu. Mən müəllim kimi Şəhriyarla bərabər vətənpərvər gənclər yetişdirmişdim. Mən şəhid anası olmaq istəmirdim axı", - deyə o bildirib.

 

Qeyd edək ki, martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu şəhid olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!