Modern.az

Zelenski Bəşər Əsədə sanksiya tətbiq etdi 

Zelenski Bəşər Əsədə sanksiya tətbiq etdi 

18 Mart 2023, 16:42

Ukrayna Prezidenti Volodimir Zelenski 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, sərəncam Ukrayna prezidentinin saytında yayımlanıb.

 

Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.

 

Sanksiya tətbiq edilən şəxslər arasında Suriya Prezidenti Bəşər Əsəd də var.

 

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Əsəd Moskvaya səfəri zamanı Rusiyanın Ukrayna vilayətlərini ilhaq etməsini tanıyıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!