Modern.az

Brilliant Dadaşova onu qınayanlara cavab verdi: "Günah Aygün Kazımovadadır"

Brilliant Dadaşova onu qınayanlara cavab verdi: "Günah Aygün Kazımovadadır"

Mədəni̇yyət

18 İyun 2013, 09:07

Xalq artistləri Aygün Kazımova ilə Brilliant Dadaşova arasında yaşanan qalmaqal uzanmaqdadır. Sənətçilərin “Xalq artisti” adına yaraşmayan davranışları, sosial şəbəkələrdə xoşagəlməz şəkillər paylaşmaları, bir-birlərini təhqir etmələri cəmiyyətdə belə bir rəy yaradıb ki, bu hadisələrdən sonra onların fəxri adları geri alınmalıdır.

Modern.az-ın məlumatına görə, xalq artisti Brilliant Dadaşova növbəti dəfə olaya münasibət bildirib. Sənətçi özünün qınanılması ilə razılaşmayaraq, bütün günahların qarşı tərədə, yəni Aygün Kazımovada olduğunu bəyan edib.

”Siz harda görmüsünüz ki, mən kiminsə şəkilini Facebook səhifəmə yerləşdirib, status yazım və ya kimisə təhqir edim? Mən heç məni təhqir edənlərə cavab verməyi indiyə kimi özümə yaraşdırmamışam! Belə olan halda haqqımda yazanlar bilməlidirlər ki, hər kimə şər-böhtan atmaq insanlığın ən aşağı pilləsində durmaq deməkdir”-deyə Brilliant Dadaşova bildirib.

Bununla da B.Dadaşova yaşanan qalmaqala, təhqirlərə görə A.Kazımovanın cavab verməli olduğunu bəyan edib.

Aytən Əliyeva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı