Modern.az

Məhərrəm ayı bu tarixdən BAŞLAYIR

Məhərrəm ayı bu tarixdən BAŞLAYIR

Mədəni̇yyət

6 May 2024, 17:12

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb.

 

Modern.az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

 

Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək:

 

"Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

 

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı avqustun 7-ə təsadüf edəcək. (Lent.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi