Modern.az

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadıldı

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadıldı

8 May 2024, 16:10

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “İçəriçəhərim” adlı rəsm müsabiqəsinin vaxtı 10 iyun 2024-cü il tarixinədək uzadıldı. 

 

Müsabiqəyə artıq Bakı və Azərbaycanın digər bölgələrdən müraciətlər daxil olmaqdadır. Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd peşəkar və həvəskar rəssamların daxili dünyasını göstərmək, fırça vasitəsi ilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdir. Rəsmlərin əsas mövzusunu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü təşkil edir. 

 

Müsabiqənin 1-ci, 2-ci və 3-cü yer qalibləri üçün aidiyyəti olaraq,  1500 AZN, 1000 AZN və 500 AZN məbləğində pul mükafatları təqdim olunacaq. Əlavə həvəsləndiriçi mükafat qismində 4 rəssam üçün hər birinə 250 AZN mükafat nəzərdə tutulub. Qalib iştirakçılar pul mükafatı ilə yanaşı diplomla, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunacaqlar.

 

Qeyd edək ki, “İçərişəhərim” rəsm müsabiqəsinin qalibləri Azərbaycanın tanınmış rəssamları  tərəfindən təyin olunacaq. Münsiflər heyətinə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı professor Natiq Əliyev, Azərbaycan Rəssamlıq İttifaqının sədri xalq rəssamı Fərhad Xəlilov, Beynəlxalq Əlaqələr üzrə prorektor, xalq rəssamı professor Salhab  Məmmədov, Elmi və Yaradıcılıq işləri üzrə prorektor, xalq rəssamı, professor Fuad Salayev,  xalq rəssamı  Əliyar Əlimirzəyev kimi görkəmli rəssamlar daxildir.  

 

Müsabiqədə 18 yaşdan yuxarı peşəkar və həvəskar rəssamlar 10 iyun 2024-cü il tarixinədək onlayn müraciət etməklə iştirak edə bilər. Müsabiqənin yekununda Şirvanşahlar Saray Kompleksində qaliblərin mükafatlandırılması baş tutacaq.  

 

Müsabiqənin şərtləri ilə daha ətraflı aşağıdakı elektron keçiddən tanış olmaq mümkündür:

 

//icherisheher.gov.az/az/news/591

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi