Modern.az

Doktoranturaya sənəd qəbulu davam edir

Doktoranturaya sənəd qəbulu davam edir

Təhsil

3 May 2023, 13:38

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu prosesi davam edir.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Proses mayın 16-sı saat 23:59-da yekunlaşacaq.

 

Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir