Modern.az

Ərdoğan yenidən İnceyə zəng etdi

Ərdoğan yenidən İnceyə zəng etdi

Dünya

26 May 2023, 22:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Məmləkət Partiyasının sədri Muharrem İnceyə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, ATV və "A haber" kanallarına müsahibəsində məlumat verib.

 

Ərdoğan qeyd edib ki, İnce namizədliyini geri götürəndə də ona zəng edib.

 

"Xəstələnən anasına da ən xoş arzularımı çatdırdım. Sonradan İncə bəyin yenidən xəstələndiyini eşitdim və zəng etdim. İkinci dəfə də belə oldu, ona görə yenidən zəng etdim. Əlimizdən gələni edəcəyimizi söylədik. İnsani borcumuz olaraq Allahdan şəfa dilədik", - Ərdoğan deyib.

 

Qeyd edək ki, Muharrem İnce bir müddət əvvəl sosial şəbəkədə foto paylaşıb və xəstəxanaya yerləşdirildiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir