Modern.az

Levon Mnatsakanyanın Bakıda öldüyü TƏKZİB OLUNDU

Levon Mnatsakanyanın Bakıda öldüyü TƏKZİB OLUNDU

1 Noyabr 2023, 11:20

“Levon Mnatsakanyanın Bakıda öldürülməsi ilə bağlı xəbərləri təkzib edirəm”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu erməni hərbi əsirlərin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan deyib.
 

Xatırladaq ki, bir neçə gündür ki, Ermənistanən bəzi KİV-ləri özünü buraxmış qondarma “Artsaxın keçmiş müdafiə naziri” Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalaraq öldüyü barədə xəbər tirajlayır. Xəbərin mənbəyi kimi isə ehtiyatda olan polkovnik Volodya Hovhannisyana istinad olunur.

Erməni hərbi əsirlərin Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Siranuş Saakyan onu da bildirib ki, Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalması barədə də əllərində heç bir fakt yoxdur.
 

Azərbaycanda indiyə kimi nə qədər erməni əsirinin öldüyü barədə suala Saakyan konkret cavab verməyib.


Qeyd edək ki, 1965-ci il təvəllüdlü Levon Mnatsakanyan sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Saxlanılan şəxs Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

L.Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub.

Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub.

80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra L.Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib. 

Sonra qondarma “Dağlıq Qarabağ ordu”sunda müxtəlif vəzifələrdə çalışıb.

2003-cü ildə ona general-mayor rütbəsi verilib. Daha sonra Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini", 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunub. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsinə aparılıb.

2015-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası"nın başçısı Bako Saakyan ona general-leytenant rütbəsi verib və separatçıların "müdafiə naziri" təyin edib. Mnatsakanyan 2018-ci ilin dekabr ayına qondarma “Dağlıq Qarabağ respublikasının ordusu"na rəhbərlik edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı