Modern.az

Tarif Şurası yenə qaldırdı, qızılca yenə öldürdü... - Modern.az-ın icmalı

Tarif Şurası yenə qaldırdı, qızılca yenə öldürdü... - Modern.az-ın icmalı

6 Dekabr 2023, 10:58

Dünənin əsas xəbərləri Milli Məclisdə Baş nazir Əli Əsədov və hökumət nümayəndələrinin də iştirakı ilə baş tutan və ümumilikdə 22 məsələnin müzakirə olunduğu plenar iclas, qızılca xəstəliyinin son həftələrin trendinə uyğun olaraq ölümlə nəticələnən faktlarla müşayiət olunan sürətlə yayılması, Xəzəryanı ölkələrin XİN başçılarının toplantısı, Tarif Şurasının qiymətlərlə bağlı qərar verməsi, mina partlayışı və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri idi.

 

Modern.az 5 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Ötən gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. Gündəlikdə 22 məsələ daxil edilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirədən sonra qəbul olunub. 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib. Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi də üçüncü oxunuşda təsdiqlənib. Həmçinin siqaret və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənəd üçüncü oxunuşda qəbul olunub. DSMF-nin büdcəsi də III oxunuşda qəbul edilib. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib. Bundan başqa, iclasda Milli Məclisin adının dəyişdirilməsi təklif edilib. “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul olunub. “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi də qəbul edilib. Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur. Hərbi xidmətə yararlılığı Sahil Babayev yoxlayacaq. Milli Məclisin plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Deputat: “Ordumuz bir neçə ay əvvəl müharibədən çıxıb. Bu cür dövrdə hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram”. Siyavuş Novruzov: "Azərbaycanın eni uzunu 3 top gülləsi boydadır". Milli Məclisin dekabrın 5-də keçirilən plenar iclasında hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı aparılan müzakirələrdə parlamentin sədri Sahibə Qafarova qanun layihəsi ilə əlaqədar parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə dair mətbuat konfransının keçirilməsi haqqında deputatlara tapşırıq verib.

 

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilib. Rusiyanın paytaxtı Moskva şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü baş tutub. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında da ikitərəfli görüş olub.

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a işgüzar səfəri çərçivəsində Müdafiə Nazirliyində nazir müavini Laura Kuperlə görüşüb. Qriqoryan həmçinin ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüş keçirib.

 

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

 

Bu ilin noyabr ayında “Bakı metropoliteni” QSC-də 20 milyon 227 min 18 sərnişin daşıyıb. Bunlardan 516 min 706 nəfəri güzəştli sərnişinlər olub. Ortastatistik hesabla gün ərzində 674 min 234 sərnişinə daşıma xidməti göstərilib. Noyabrın 20 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 775 min 419 nəfər, 10 qeyri-iş günündə 471 min 865 nəfər olub.

 

Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev vəzifəsindən azad edilib.

 

Nüfuzlu “Politico” nəşri Avropanın məşhur siyasətçilərinin reytinqini dərc edib. Amerikanın məşhur “Time” jurnalı “2023-cü ilin adamı” tituluna əsas namizədlərin adlarını açıqlayıb.

 

Bakıdakı 20 nömrəli orta məktəbdə qızılca: 9 şagird, 1 müəllim... Oğuzda isə qızılca xəstəliyinə 11 yoluxma qeydə alınıb.

 

Tarif Şurasından qiymətlərlə bağlı qərar: Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az ) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf ) yerləşdirilib.

 

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Bakıya səfəri barədə paylaşım edib. Bu barədə o, X-də yazıb. "Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam", - diplomat qeyd edib. O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb. O’Brayn Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib. Qeyd edək ki, O’Brayn dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.

 

"Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında hərtərəfli tərəfdaşlıq haqqında saziş hazırlanır". Bunu Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, sənədin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Aİİ sammitində imzalanması planlaşdırılır. Qeyd edək ki, Aİİ və İran arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində uzun müddətdir, iş aparılırdı. Bundan başqa, Rusiya XİN başçısı Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan birtərəfli sanksiyalara qarşı saziş imzalayıblar.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Döyüş şiddətlənir: İsraildən HƏMAS tunnelərinə qarşı ƏMƏLİYYAT

Türkiyədə yerli seçkilər: Böyük şəhərlərdə kim qələbə çalacaq? - TƏHLİL

Arzum Qarabağ Univesitetində işləməkdir - Xankəndinin keçmiş müəllimləri

Təhsil reytinqi: Azərbaycan 81 ölkə arasında bu yeri tutdu

Bu universitetlərin yataqxanaları bərpa edilir - Tələbələr üçün XOŞ XƏBƏR

Blinken köməkçisini Bakıya göndərir - ABŞ ilə münasibətlər düzəlir?

Qızılcadan ölən 9 yaşlı Rinat: Mən ölürəm, gəlin görüşək... - VİDEO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal