Modern.az

Milli Məclisin adı dəyişdirilsin - Deputatdan TƏKLİF

Milli Məclisin adı dəyişdirilsin - Deputatdan TƏKLİF

Parlament

5 Dekabr 2023, 12:32

Milli Məclisin adının dəyişdirilməsi təklif edilib. 

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

 

O qeyd edib ki, Milli Məclisin adı dəyişdirilib Ali Məclis adlandırılmalıdır. Deputatın sözlərinə görə, regionların hər birinin məclisi olmalı, özləri öz təmsilçilərini seçməlidir.

 

"Cənab Prezident vaxtilə səlahiyyətli nümayəndələr təyin edərkən bildirmişdi ki, onlar özlərini doğrultsa da, islahatlara gediləcək. Mənim fikrimcə, 15 iqtisadi rayon yaradılmalı, Naxçıvan Ali Məclisi Məclis adlandırılmalıdır. Bu regionlara rəhbərlər məclisdə seçilməlidir.  Bununla xalq dövlət idarəetməsinə daha yaxın ola bilər. Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Bunun gec olmadan qarşısı alınmalıdır. Bunun tək yolu yerlərdə rəhbərlərin seçkili olaraq seçilməsidir”,- deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi