Modern.az

20 il xidmət etmiş zabitlərin pensiya almaq hüququ olmalıdır - Deputatdan ETİRAZ

20 il xidmət etmiş zabitlərin pensiya almaq hüququ olmalıdır - Deputatdan ETİRAZ

Parlament

5 Dekabr 2023, 13:50

“Ordumuz bir neçə ay əvvəl müharibədən çıxıb. Bu cür dövrdə hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. 

 

“Xüsusi təyinatlılarımız Şuşada çiynində yüklə döyüşüb. Onların qəhrəmanlıqlarını unutmaq olmaz. Bildirim ki, insan yaşlandıqca fiziki gücü eyni olmur. 20 il xidmət etmiş zabitlərin pensiya almaq hüququ olmalıdır. Biz bununla onların mənzil alma hüquqlarını da əllərindən alırıq. Orduya xüsusi diqqət, qayğı lazımdır. Müddətin artırılması, təhsil aldıqları ilin staja hesablanmaması onları məhdudlaşdırmaqdır. Düşünürəm, bu düzgün deyil. Onların kollektiv etirazı mümkün deyil, ancaq bizə müraciət edirlər. Bu qanun birmənalı qarşılanmaıb. Hesab edirəm, bu məsələ müzakirədən çıxarılmalıdır”, - o qeyd edib.

 

Deputat vurğulayıb ki, dünyanın bütün ölkələrində ordu cəmiyyətin ən elitar təbəqəsi sayılır, bu, Azərbaycanda da belədir:

 

"Müharibə hələ bitməyib, sülh sazişi imzalanmayıb. Fransa Ermənistanı silahlandırır. Ermənistan bizim işğal altında qalan 8 kənddən öz qoşunlarını çıxarıb həmin əraziləri azad etmək istəmir. Qarşıda bizi təəssüf ki, yeni hərbi toqquşmalar gözləyə bilər. Qalib Ordunun zabitlərinin, MAXE-lərinin sosial hüquqlarının bu formada məhdudlaşırılması ilə bağlı qanun layihəsinin təqdim olunması başa düşülən deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi