Modern.az

Azad olunmuş ərazilərə 987 ailə KÖÇÜRÜLÜB

Azad olunmuş ərazilərə 987 ailə KÖÇÜRÜLÜB

Qarabağ

5 Dekabr 2023, 12:08

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub.

 

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir:

 

"Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi