Modern.az

Terrorçuların arxasında duran hər kəs cəzalandırılacaq - PUTİN

Terrorçuların arxasında duran hər kəs cəzalandırılacaq - PUTİN

Dünya

23 Mart 2024, 16:54

Hüquq-mühafizə orqanları Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı hazırlayan və ya orada iştirak edən hər kəsi müəyyən edib cəzalandıracaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı terror aktından sonra televiziya vasitəsilə yayımlanan çıxışında deyib.

 

“Bu cinayətin bütün icraçıları, təşkilatçıları və sifarişçiləri kimliyindən, kimin istiqamətləndirməsindən asılı olmayaraq ədalətli və qaçılmaz cəza alacaqlar. Biz Rusiyaya qarşı bu hücumu hazırlayan terrorçuların arxasında duran hər kəsi müəyyən edib cəzalandıracağıq”, - Putin çıxışında qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!