Modern.az

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatdı

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatdı

Qarabağ

27 Mart 2024, 11:38

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

 

Modern.az xəbər verir ki, erməni işğalından azad olunan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 35 ailə olmaqla, 134 nəfər Füzuli sakini öz yurduna qovuşub.

 

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

 

Bununla da Füzuli şəhərində 631 ailənin, yəni 2379 nəfərin məskunlaşması təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir