Modern.az

Sofiya-Bakı biletləri satışa çıxarılır 

Sofiya-Bakı biletləri satışa çıxarılır 

Aktual

9 Aprel 2024, 18:44

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 7-dən etibarən Bakıdan Sofiya şəhərinə və əks istiqamətdə həftədə iki dəfə uçuşlar yerinə yetirəcək.

 

Modern.az AZAL-a istinadən xəbər verir ki, aviaşirkət artıq bu marşrut üzrə bilet satışına başlayıb.

 

Uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

 

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə səyahətçilərin diqqətini cəlb edir.

 

Aviabiletləri rəsmi azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!