Modern.az

Balakəndə toyda dava - Xəsarət alan var

Balakəndə toyda dava - Xəsarət alan var

Hadisə

17 Aprel 2024, 10:56

Balakəndə toyda dava düşüb, xəsarət alan var.

 

Modern.az xəbər verir ki, hadisə Balakən şəhərində keçirilən toyda 34 yaşli Azər Yaşar oglu Abdullayevlə, Balakən rayon sakinləri - 25 yaşli Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elmmədin Piriyev arasında mubahisə yaranib. Mübahisə davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. A.Piriyev Balakən rayon mərkəzi xəstəxanasina yerləşdirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü